Sosial innovasiyalar İnkişafın təməl prinsipidir

Birgə ideyalarla sosial inkişaf naminə

İnnovativ həllər, sosial nəticələr

Sosial inkişaf üçün yeni yanaşmalar
XİDMƏTLƏRİMİZ
Sosial Araşdırmalar və Sorğuların Keçirilməsi

Cəmiyyətin müxtəlif qrupları arasında ictimai rəyin, davranış modellərinin və ehtiyacların öyrənilməsi məqsədilə keyfiyyət və kəmiyyət metodlarına əsaslanan sosial araşdırmalar həyata keçiririk. Sorğular, fokus qruplar, dərin müsahibələr və müşahidə texnikalarından istifadə etməklə, dəqiq və etibarlı məlumatlar əldə edilir. Bu nəticələr siyasətlərin və layihələrin effektiv planlaşdırılmasına əsas yaradır.
Ətraflı
• Sosial problemlərin, ehtiyacların və davranışların elmi əsaslarla araşdırılması
• Sosial meyllərin, risk faktorlarının və prioritet ehtiyacların müəyyən edilməsi
• Sorğuların təşkili
• Toplanan məlumatların statistik və analitik təhlili
• Qərarvericilər üçün əsaslandırılmış nəticə və tövsiyələrin hazırlanması
• Layihə, proqram və siyasətlərin qiymətləndirilməsi üçün məlumat dəstəyi
Strateji və Konseptual Sənədlərin Hazırlanması

Müxtəlif təşkilatlar və dövlət qurumları üçün inkişaf strategiyaları, fəaliyyət planları, konsept sənədləri və yol xəritələrinin hazırlanması üzrə ekspert dəstəyi təqdim edirik. Bu sənədlər beynəlxalq standartlara və milli prioritetlərə uyğun şəkildə, geniş analizlər və maraqlı tərəflərlə məsləhətləşmələr əsasında formalaşdırılır.
Ətraflı
• Missiya, vizyon və əsas dəyərlərin müəyyənləşdirilməsi/qiymətləndirilməsi
• Strateji məqsəd və prioritetlərin formalaşdırılması
• Fəaliyyət planları və strateji yol xəritələrinin tərtibi
• Qısa, orta və uzunmüddətli inkişaf istiqamətlərinin müəyyən edilməsi
• Konseptual çərçivə və fəaliyyət modellərinin hazırlanması
• Risklərin və imkanların qiymətləndirilməsi
• Ölçülə bilən göstəricilər və monitorinq mexanizmlərinin qurulması
• Strateji sənədlərin təqdimatı və tətbiqə dəstək
İslahat və İnkişaf Yönümlü Layihələrin Tərtibi və İdarəedilməsinə Dəstək

Sosial, iqtisadi və institusional sahələrdə islahat və inkişaf məqsədi daşıyan layihələrin ideyalaşdırılması, məntiqi çərçivəsinin hazırlanması, donorlarla koordinasiya, icra planlarının hazırlanması və layihənin gündəlik idarəetmə proseslərinə peşəkar dəstək göstəririk. Eyni zamanda, layihə risklərinin qiymətləndirilməsi və idarə edilməsi sahəsində də məsləhət xidmətləri təklif olunur.
Ətraflı
• İslahat və inkişaf ehtiyaclarının müəyyən edilməsi və təhlili
• Layihə ideyalarının konseptual şəkildə formalaşdırılması
• Layihə təkliflərinin hazırlanmasına metodiki dəstək
• Donor və maliyyələşdirici qurumların tələblərinə uyğunlaşdırma
• Məqsəd, nəticə və fəaliyyətlərin aydın strukturlaşdırılması
• Layihənin, təşkilatın və ya ideyanın mövcud vəziyyətini, güclü və zəif tərəflərinin qiymətləndirilməsi
• Layihə idarəetmə mexanizmlərinin qurulması
• Zaman cədvəli, büdcə və resurs planlamasının hazırlanması
• Layihənin icrası zamanı məsləhət və koordinasiya dəstəyi
Hesabatların Hazırlanması və Məzmunun Formalaşdırılmasına Peşəkar Dəstək

Araşdırma, layihə və təşkilati fəaliyyətlər üzrə hesabatların hazırlanması, təhlil nəticələrinin strukturlaşdırılması və təqdimat üçün əlverişli formatda ifadə olunması üzrə dəstək veririk. Bizim yanaşmamız analitik əsaslandırma, vizual təqdimat (qrafik və cədvəllər), həmçinin oxunaqlı və hədəfə yönəlmiş məzmun yaradılmasına əsaslanır.
Ətraflı
• Strateji, analitik və icmal hesabatların tərtibi
• Donor, dövlət və tərəfdaş tələblərinə uyğun hesabatların hazırlanması
• Hesabatın məqsəd və hədəf auditoriyasının müəyyən edilməsi
• Analitik və strukturlaşdırılmış məzmunun formalaşdırılması
• Layihə, proqram və fəaliyyət nəticələrinin sistemləşdirilməsi
Fərdi və institusional potensialın artırılması məqsədilə müxtəlif mövzularda (məsələn: layihə idarəetməsi, tədqiqat metodologiyaları, monitorinq və qiymətləndirmə, effektiv ünsiyyət və s.) təlim proqramları, interaktiv seminarlar və onlayn vebinarlar təşkil edirik. Təlimlər təcrübəyə əsaslanan praktiki yanaşmalarla, yerli kontekstə uyğunlaşdırılmış məzmunla təqdim olunur.
Ətraflı
• Təlim ehtiyaclarının və hədəf qrupların müəyyən edilməsi
• Proqram və tədris məzmununun hazırlanması
• Praktik və interaktiv təlim metodlarının tətbiqi
• Canlı təlim, seminar və onlayn vebinarların təşkili
• Təlim materiallarının (təqdimat, vəsait, metodik bələdçi) hazırlanması
• Qiymətləndirmə mexanizmlərinin tətbiqi
• Sertifikatlaşdırma və nəticələrin sənədləşdirilməsi
• Davamlı öyrənmə və biliklərin tətbiqinə dəstək
Monitorinq və Qiymətləndirmə (M&Q)

Layihə və proqramların effektivliyinin, nəticələrinin və təsirinin obyektiv qiymətləndirilməsi üçün müasir M&Q metodologiyalarından istifadə edirik. Monitorinq planlarının hazırlanması, göstərici sistemlərinin qurulması, nəticələrin izlənməsi və qiymətləndirilməsi üzrə kompleks dəstək təqdim edirik. Həm donor tələblərinə, həm də yerli normativlərə uyğun hesabatlılıq təmin olunur.
Ətraflı
• Layihə və proqramlar üçün M&Q çərçivəsinin hazırlanması
• Donor və tərəfdaşlar üçün M&Q hesabatlarının tərtibi
• Məqsəd, nəticə və göstəricilərin (indikatorların) müəyyən edilməsi
• Məlumat toplama metod və alətlərinin seçilməsi
• İcra prosesinin davamlı monitorinqi
• Keyfiyyət və kəmiyyət göstəriciləri üzrə təhlil
• Aralıq və yekun qiymətləndirmələrin aparılması
• Risklərin və icra problemlərinin vaxtında aşkarlanması
• Nəticə və təsir səviyyəsinin ölçülməsi

